EN

"Mirage 2000"qırıcıları bu tarixdə Ukraynaya veriləcək

Fransanın dördüncü nəsil çoxməqsədli "Mirage 2000" qırıcılarının ilk partiyası gələn ilin əvvəlində Ukraynaya çatdırılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot Kiyevə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, Paris bu müddətdə pilotların hazırlanması ilə məşğul olacaq: "İlk "Mirage 2000" təyyarəsi gələn ilin əvvəlində Ukraynaya veriləcək. Fransa da bu təyyarələr üçün pilotlar hazırlayacaq".

Fransa xarici işlər naziri həmçinin Parisin prezident Volodimir Zelenskinin “qələbə planını” dəstəkləyəcəyinə söz verib. Siyasətçi vurğulayıb ki, Avropa dövləti Rusiya ilə mübarizənin hər mərhələsində Ukraynaya kömək etməyə davam edəcək.

(unikal)

Chosen
141
1
avtosfer.az

10Sources