EN

ABŞ Gülənin ölümü ilə bağlı məsələni şərh etmək istəmir

ABŞ

ABŞ Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ölümü ilə bağlı məsələni şərh etməkdə maraqlı deyil.

Reyting.az
-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsününü müavini Vedant Patelə Gülənin ölümü ilə bağlı sual verilib.

“Mən xəbərləri görmüşəm, amma təklif edəcəyim heç bir şey yoxdur. ABŞ-da yaşayan özəl şəxsləri maraqlandıran məsələlərə münasibət bildirmirəm”, - deyə ABŞ rəsmisi suala cavab verməkdən imtina edib.

Ağ evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi isə onlayn mətbuat konfransında FETÖ liderinin ölümü ilə bağlı Vaşinqtonla Ankara arasında hər hansı bir əlaqənin olub-olmaması sualına belə cavab verib: “Hazırda heç bir şey yoxdur”.

ELÇİN
Chosen
23
3
reyting.az

5Sources