EN

Sığorta şirkətlərinin "baş ağrısı" davam edir: İcbari avto-sığortada - ZƏRƏR BİR QƏDƏR DƏ YÜKSƏLİB

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.

FED.az Mərkəzi Bankın hesabatı  istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 74% olub.

Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 111 milyon 488 min manat toplanıb, 80 milyon 650 min manat ödəniş edilib.

Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artıqdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 60% idi.

Chosen
2
1
fed.az

10Sources