Ankarada terror aktı baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Türkiyənin paytaxtında TUSAŞ aerokosmik şirkətinin binası yaxınlığında atışma səsləri eşidilir.
Hücum edənlər nəzarət-buraxılış məntəqəsindən keçərək obyektə daxil olmağa çalışıblar, lakin təhlükəsizlik əməkdaşlarının müqaviməti ilə qarşılaşıblar, bundan sonra atışma və partlayış səsi eşidilib. Hadisə yerinə xüsusi təyinatlılar gəlib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya terror aktının Ankaradakı TUSAŞ obyektlərinə qarşı törədildiyini bildirib. Onun sözlərinə görə, ölən və yaralananlar var
Xatırladaq ki, TUSAŞ aerokosmik şirkəti hərbi təyyarə və kosmik avadanlığı istehsal edir.
Bizim.Media