EN

Son günlər trendə çevrilən Dubay şokoladının ZİYANLARI nədir?

Dubayın püstəli künefe şokoladı bütün dünyaya sürətlə yayılmağa başlayıb. Sosial şəbəkələr vasitəsilə bir anda məşhurlaşan şokolad ölkəmizdə də hər kəsin marağına səbəb olub. Bu şokoladın qiyməti 20 manatdan 60 manata qədər dəyişir. Qiyməti bizim ölkədə baha olsa da, alıcılar kifayət qədər çoxdur.

Orjinalı keyfiyyətsizdən ayırmaq olmur...

Künefe, fıstıq kremi və şokolad qarışından ibarət olan bu şirniyyatın orijinal variantını bazarda tapmaq çox çətindir. Qiymətlər də hər məkanda dəyişir. Bunun səbəbi isə şokoladın keyfiyyətindədir.

Orijinal Dubay şokoladında istifadə edilən fıstıq və digər inqrediyentlər yüksək keyfiyyətli məhsullardan seçildiyi halda, bəzi istehsalçıların istifadə etdiyi tərkib daha ucuz və adi məhsullardan seçilir. Bundan əlavə, pərakəndə satış bazarları artıq məhsulu öz rəflərinə gətirmək istəyir.

Bəs bu şokoladın sağlamlığa faydaları və zərərləri nədir? Alarkən nələrə diqqət edilməlidir?
 

MÖVZU İLƏ BAĞLI:

Keyfiyyətli şokalad YOXA çıxa bilər - Qorxunc STATİSTİKA 


Mövzu ilə bağlı türkiyəli diyetoloq Asya Naz Al bildirib ki, Dubay şokoladı digər şokoladlardan fıstıq kremi və şəkər tərkibi ilə fərqlənir:

“Daha sıx dadı və kremli teksturasına malikdir. Tərkibindəki yağ və şəkərin çox olması səbəbi ilə adi şokoladlardan daha yüksək kalorilidir. Şokolad olaraq təyin oluna bilmək üçün tərkibində sıx kakao olmalıdır, ona görə də püstəli künefe şokoladı tam mənada şokolad sayılmaya bilər. Məncə, bu məhsul tərkibində şokolad olan bir desertdir".

Dubay şokoladının antioksidant mənbəyi olduğu və faydalarına görə vacib minerallar ehtiva etdiyi bildirilir.

Bu doğrudurmu?

Diyetoloq bildirib ki, Dubay şokoladı tərkibindəki antioksidant və maqnezium baxımından faydalı ola bilər.

“Xüsusilə yer fıstığında E vitamini, maqnezium və mis kimi minerallar var. Antioksidantlar hüceyrə zədələnməsini azaltmağa kömək edə bilər. Bundan əlavə, fıstıq ürək sağlamlığına töhfə verə bilən sağlam yağları özündə ehtiva edir. Ancaq davamlı istehlakda diqqətli olmaq lazımdır, çünki onun kalorisi çox yüksəkdir. Bu komponentləri gün ərzində ayrı-ayrılıqda istehlak etmək daha yaxşıdır”.

“Sağlamlığa zərərli ola bilər”

Asya Naz Al Dubay şokoladının sağlamlığa zərər verə biləcəyini qeyd edib.

"Dubay şokoladının yüksək kalorili, yağlı və şəkərli olması səbəbindən qan şəkərində dalğalanmalar, 2-ci tip diabet və piylənmə kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Ürək sağlamlığına mənfi təsir göstərə bilər. Allergiya məsələsi də önəmlidir. Çünki fıstıq, qaymaq, küncüd əzməsi kimi maddələr allergiya baxımından nəzərə alınmalıdır. Balanslı şəkildə istehlak edilə bilər, amma yaxşı olar ki, həddi aşmayın”.

Dubay şokoladının kiflənməsi...

Sosial şəbəkələrdə Dubay şokoladının kifləndiyinə dair çoxlu yazılar da yer alıb. Diyetoloq bu barədə də məlumat verib.

“Uzun şərtlərdə saxlanmazsa, kif əmələ gələ bilər. İsti və rütubətli mühitlərdə xarab olma riski artır. Ümumiyyətlə, marketdən alınan məhsulu soyuducuda saxlamaq şərti ilə açıldıqdan sonra 1 həftə ərzində istehlak etmək yaxşıdır, eyni zamanda qablaşdırmanın üzərindəki son istifadə müddətinə də diqqət yetirmək vacibdir”.

Nuray, Bizim.Media

Chosen
82
38
bizim.media

10Sources