Binəqədi rayonu Sulutəpə qəsəbəsindən keçən su xəttində qəza baş verdiyi üçün həmin əraziyə içməli suyun verilməsində fasilə yaranıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür.
"İşlər bitəndən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq".
Qeyd edək ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsində oktyabrın 25-i səhər saatlarından suyun verilişi dayandırılıb.