Gələn il Türkiyədə maksimum uçot dərəcəsi 35%, minimum isə 27,5% olacaq.
"Ölkə.az" xəbər verir ki, bu barədə bankın keçmiş baş iqtisadçısı, professor Əli Hakan Kara məlumat verib.
Məlumata görə, Türkiyənin mərkəzi bankı ölkədəki inflyasiya məlumatları imkan verərsə, ilin sonuna qədər əsas faiz dərəcəsini azaltmağı planlaşdırır. Türkiyə Mərkəzi Bankı oktyabrın 17-də keçirdiyi iclasda ardıcıl yeddinci dəfə əsas uçot dərəcəsini 50% səviyyəsində saxlayıb.
Gələn il üçün isə proqnozlara görə, maksimal uçot dərəcəsi 35%, minimum isə 27,5% təşkil edəcək.(milli.az)