Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında həyatın yaşam sığortası üzrə 460 milyon 998 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,3% və ya 71 milyon 217 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 138 milyon 321 min manat və ya 63,1% artaraq 357 milyon 663 min manata çatıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 389,8 milyon manata, ödənişlər isə 219,3 milyon manata bərabər olub.