EN

İranda Almaniya vətəndaşı edam edilib

İranda

İranda Almaniya vətəndaşı edam edilib.Dünən Tehranda həbsdə olan İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarməhd dar ağacından asılıb. Bununla bağlı İranın Ədliyyə-Məhkəmə Sisteminin mətbu orqanı “Mizan Online” məlumat yayıb. Məlumata görə, 67 yaşlı Cəmşid Şarməhd 2020-ci il avqustun 1-də Almaniyadan Hindistana səfəri zamanı üç günlük Dubayda qalarkən İranın təhlükəsizlik orqanları tərəfindən qaçırılıb. Onun edamından sonra Almaniyanın XİN rəhbəri Annalena Berbok İranın bu addımını kəskin pisləyib. Berbok bildirib ki, Almaniya vətəndaşının edam olunması Tehran üçün ciddi nəticələrə gətirib çıxaracaq. İran üzrə ABŞ xüsusi nümayəndəsinin müavini Abram Peyli də edamla bağlı deyib ki, bu, İranın uzun tarixində ən nifrət dolu addımdır və onlar Tehranın qanun pozuntularına görə məsuliyyət daşıması üçün beynəlxalq ictimaiyyətin yanında olacaqlar.

Eltun Məmmədov

Diqqət Çəkənlər

Biləsuvar rayon Cəbrayıl qəsəbəsində qətl hadisəsi baş verib - FOTOLAR

RƏSSAMLARIN MASALLI SƏFƏRİ- SƏBƏB VƏ NƏTİCƏ

SEPAH komandanı: “İsraili acı nəticələr gözləyir”

Chosen
108
34
ulusum.az

10Sources