17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, U-17 bu gün I seçmə mərhələsində Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Yığmamızın yer aldığı B Liqasının V qrupunun oyunları Lüksemburqun Bettemburq ÅŸÉ™hÉ™rindÉ™ yerləşən “Munisipial” stadionunda təşkil olunacaq.
Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektivin ilk matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı Uels və Gürcüstandan olan hakimlər idarə edəcəklər.
Qeyd edək ki, U-17 növbəti görüşünü noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək.
AÇ-2025
I seçmə mərhələ
B Liqası, V qrup
30 oktyabr
21:00. Serbiya – AzÉ™rbaycan
Hakimlər: Şarlot Karpenter, Mişel Ceyn Portelli (hər ikisi Uels), Sopo Tsulaya, Mzevinari Şaraşanidze (hər ikisi Gürcüstan).
Bettemburq, "Munisipial" stadionu.