Bakı. Trend:
Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləriüzrə dünya çempionatına bu gün yekun vurulub.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, son gün sərbəst güləşçilər medallar uğrundamübarizə aparıblar.
Azərbaycan millisinin də 3 güləşçisi təsəlliverici görüşlərdəxalça üzərinə çıxıb.
Dünya çempionatı
Sərbəst güləş
61 kq
Nurəddin Novruzov təsəlliverici görüşdə Peter Hammerlə (Kosta-Rika)qarşılaşıb. 14:4 hesabı ilə qalib gələn güləşçimizin növbəti rəqibiJozef Silva (Puerto-Riko) olub. Bu görüşü 17:6 hesabı ilə üstünbitirən Nürəddin 3-cü yer uğrunda Tsoqbadrax Tsevensurenla(Monqolustan) üz-üzə gəlib və 2:8 hesabı ilə uduzub.
79 kq
Orxan Abasov təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan)gücünü yoxlayıb. Təmsilçimiz 4:5 hesabı ilə uduzaraq, mundiallavidalaşıb.
92 kq
Abubakr Abakarov təsəlliverici görüşdə Devid Teylordan (ABŞ) güclüolmağa çalışıb. Amma güləşçimiz 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən EldənizƏzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq)qızıl medal qazanıb.