EN

ABŞ-də həyat yoldaşını ölümündən sonra tək qoymamaq üçün 93 yaşlı kişi onu qətlə yetirməyə çalışıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də 93 yaşlı kişi öləndən sonra həyat yoldaşı tək qalmasın deyə qadını öldürməyə cəhd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC Montana" nəşri məlumat yayıb.
İnsident Florida ştatında baş verib.
Belə ki, uzun müddət şiddətli ağrılardan əziyyət çəkən kişi həyat yoldaşı televizora baxarkən ona hücum edib, sonra isə onu boğmağa başlayıb. İki həftə əvvəl isə əri onu yastıqla boğmağa çalışıb.
Polis qadının çağırışından sonra hadisə yerinə gəlib. Hətta ilkin axtarış nəticəsində evdə kəndir də tapılıb. Kişi həmən kəndiri həyat yoldaşını boğmaq üçün istifadə etdiyini etiraf edib. O, həyat yoldaşını ölümdən sonra tək qoymamaq üçün bu addımı atdığını söyləyib.
İndi 93 yaşlı kişi adam öldürməyə cəhddə ittiham olunur və istintaq təcridxanasına yerləşdirilib.
Chosen
30
50
oxu.az

10Sources