EN

“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” yürüşü keçirilib

Bakı. Trend:

2024-cü il noyabrın 1-də Bakıda – Dənizkənarı Bulvarda “COP29-adoğru: QHT-lərin Yaşıl Hərəkatı” adlı tədbir və yürüşkeçirilib.

Trend xəbər verir ki,Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəAzərbaycan Milli QHT Forumunun təşkilatçılığı, Azərbaycan VelosipedFederasiyasının dəstəyi ilə keçirilən marafonda 150-ə yaxın QHT-dənvətəndaş cəmiyyəti fəalları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyiuğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi anılmaqlaaçıq elan olunub.

COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət DəstəyiAgentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bir neçəgündən sonra qlobal tədbirə evsahibliyi edəcək Bakı dünyadanonminlərlə qonağı qəbul edəcək, Azərbaycan QHT-ləri də “Yaşıl DünyaNaminə Həmrəylik İli”ndə iqlim dəyişmələrinə qarşı mübarizədə yaşıldüşüncə əsaslı platforma ilə çıxış edir, dünyaya həmrəylik mesajıverir.

80 ölkədən 370-dən çox xarici QHT-ni sıralarında birləşdirənCOP29 QHT Koalisiyasının təşəbbüskarı olan Azərbaycan Milli QHTForumunun Ramil İskəndərli qeyd edib ki, iştirakçılar COP29həyəcanını bir yerdə bölüşür. O, təşkil olunan velosiped yürüşününson vaxtlar Bakıda salınan və genişləndirilən velosipedzolaqlarından istifadəyə çağırış mesajı olmaqla, sağlam həyattərzinin təbliğinə yönəldiyini də diqqətə çatdırıb.

Azərbaycan Velosiped Federasiyasının təmsilçisi Gülnar Məlikova,“Qırmızı Ürəklər” Fondunun vitse-prezidenti Yusif Poladov və digərQHT təmsilçiləri bu yürüşün eyni zamanda COP29-a ictimai dəstəkmahiyyəti daşıdığını vurğulayıblar.

Velosiped yürüşü başlamazdan əvvəl “Qırmızı Ürəklər” Fondu“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı”nda iştirak edən 5 nəfərşəhid övladına velosipedlər hədiyyə edib. Bu, dövlət, QHT, özəlsektorlar arasında əməkdaşlığın, birgə fəaliyyətin kiçik modeliolub. Veloyürüşdə Azərbaycan Velosiped Federasiyasının, "AzərbaycanƏlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin, "Arabaçı Əlillər"İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər. Onlarda yürüşdəinklüziv iştirakçılığa şərait yaradılıb.

Marafon iştirakçıları Dənizkənarı Milli Parkda yerləşən COP29İnformasiya Mərkəzi ilə də tanış olublar, COP29 barədə ətraflıtəqdimatlar edilib.

Yürüşdə iştirak edə bilməyən QHT təmsilçiləri olduqlarıyerlərdən, ölkələrdən onlayn platforma vasitəsilə tədbirə qoşularaqöz nəticələrini paylaşıblar.

Sonda fərqlənən iştirakçılar sertifikatlarla təltifediliblər.

Chosen
11
9
az.trend.az

10Sources