EN

ABŞ seçkilərində rekord fəallıq

Bakı, TurkicWorld

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri yaxınlaşdığından bu günə qədər 65 milyondan çox vətəndaşın erkən səs verdiyi bildirilir.

TurkicWorld xəbər verir ki, onların 34 milyondan çoxunun şəxsən səs verdiyi, təxminən 31 milyon amerikalının isə poçt vasitəsilə erkən səs verdiyi bildirilib. 244 milyon seçicinin olduğu ABŞ-da 2020-ci il prezident seçkilərində 66,6 faiz rekord fəallıq qeydə alınıb və 159 milyona yaxın insan səs verib.

Qeyd edək ki, 2024-cü il noyabrın 5-nə təyin edilib. Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və bu seçkidə ABŞ-nin 47-ci prezidenti seçiləcək.

Chosen
7
1
turkic.world

8Sources