Dünyaca məşhur türkiyəli aşpaz CZN Burak (Burak Özdemir) verilişlərin birində verdiyi açıqlama ilə gündəmə gəlib.
Referans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o şəxsi həyatı ilə bağlı açıqlamalar verib. Aşpaz sevgilisindən ayrılma səbəbini açıqlayıb:
"Sevgilim var idi, birlikdə soğan soyub ağlayırdıq, sonra gülürdük, əylənirdik. Belə deyəndə də bir az qəribə olur. Amma başqa bir sevgilim var idi, gəl soğan soyaq dedim. Məndən ayrıldı"./yenisabah.az