EN

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

Fins.az Azərbaycan Mərkəzi Bankın hesabatına əsasən, bu ilin yanvar-sentyabr aylarında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 66 milyon 386 min manat təşkil edib. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 318 min manat və ya 0,5% azdır. 2023-cü ilin yanvar-sentyabr aylarında isə yığımlar 66 milyon 704 min manat olub.

Eyni dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər 2 milyon 367 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 479 min manat və ya 2 dəfə azdır. Keçən ilin eyni dövründə sığorta ödənişləri 4 milyon 846 min manat idi.

Hesabat dövründə zərərlilik göstəricisi 4% təşkil edib ki, bu da illik müqayisədə 3% azdır. Ötən ilin 8 aylıq nəticələrinə görə, zərərlilik əmsalı 7% olub.

Fuad Mədətov
Fins.az

Chosen
10
2
fins.az

10Sources