EN

Elektron siqaretlərin ən təhlükəli növü açıqlandı

Kanadada aparılan araşdırmaya görə, meyvə ətirli elektron siqaretlərin, xüsusilə böyürtkən ətirlilərin ağciyərlərə ən çox zərərli təsir göstərdiyi müəyyən edilib.

Turkustan.az xəbər verir ki, McGill Universitetindən Ajitha Thanabalasuriarın rəhbərlik etdiyi araşdırma, meyvə ləzzətlərinin ağciyərlərin təbii müdafiəsini zəiflətdiyini və bədənin zərərli mikrobların qarşısını almasını çətinləşdirdiyini müəyyən edib.

Araşdırmalara görə, meyvə ətirli elektron siqaretlərin tərkibindəki kimyəvi komponentlər ağciyər hüceyrələrində müdafiə yollarını bağlayır

Bu vəziyyət orqanizmin zərərli mikroblara qarşı müdafiəsini zəiflədir və xüsusilə ağciyərlərdə immun hüceyrələrin hərəkətlərini dəyişir.

Tədqiqatda siçanlar üzərində aparılan testlər böyürtkən dadlı buxarların alveolyar makrofaqları (ağciyər immun hüceyrələri) iflic etdiyini və onların bakteriyalara qarşı müdafiəsinə mane olduğunu göstərdi.

Bu, siçanlarda sağ qalma müddətinin azalmasına səbəb oldu. Tədqiqatçılar hansı kimyəvi komponentlərin bu zərərli təsirlərə səbəb olduğunu müəyyən etmək üçün işlərini davam etdirirlər.

McGill Universitetinin dosenti Ajitha Thanabalasuriar, bu tapıntıların bu məhsullar, xüsusən də uşaqlara satılanlar üçün böyük bir xəbərdarlıq olduğunu ifadə edərək, "Tatların sağlamlıq üzərindəki mənfi təsirlərinə diqqət yetirməliyik" dedi.

Araşdırmada meyvə ətirli elektron siqaretlərin sağlamlığa təsirləri ilə bağlı mühüm xəbərdarlıqlar edilərkən, bu cür məhsulların gənclər arasında yayılmasının qarşısı alınmalı olduğu vurğulanır.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
42
9
turkustan.az

10Sources