EN

Rafael Grossi nüvə proqramını müzakirə etmək üçün yaxın günlərdə Tehrana səfər edə bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş direktoru Rafael Grossi nüvə proqramını müzakirə etmək üçün yaxın günlərdə Tehrana səfər edə bilər.

Bu barədə "Reuters" məlumat yayıb.

"O, İranın nüvə problemini həll etmək üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əməkdaşlıq etməyə ümid etdiyini bildirib",- məlumatda deyilir.

Qrossi, Romada keçirdiyi mətbuat konfransında Tehrana səfərinin vaxtını müəyyən etmək üçün İran rəsmiləri ilə müzakirələr apardığını və səfərin baş tutacağını bildirib.

Qeyd edək ki, Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin İrana səfərinin qarşısını alması və İranın elan olunmamış ərazilərində aşkar edilmiş uran izləri ilə bağlı dəqiq izahat verməməsi agentlikləTehran arasıdakı mübahisəli məsələlərdəndir.

visiontv.az



Chosen
43
16
visiontv.az

10Sources