EN

Ərdoğan: "Tramp istəsə, Ukraynadakı münaqişə tezliklə bitəcək"

"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası müvafiq iradə və niyyət nümayiş etdirsə, Ukraynadakı münaqişə tezliklə həll oluna bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstana səfərlərinin ardından jurnalistlərə bildirib.

"ABŞ başda olmaqla bəzi Qərb ölkələrinin Ukraynada müharibəyə son qoymaq səyləri bu münaqişənin həllini sürətləndirəcək. Biz əvvəldən sülh tərəfini seçmişik, bizi tərəf tutmağa inandırmaq cəhdlərinə məhəl qoymamışıq. Bir həll perspektivi varsa, o zaman bu müharibəyə asanlıqla son verə bilərik.

Daha ​​çox silah, bomba və xaos bu müharibəni bitirməyəcək. Daha çox dialoq, diplomatiya və razılaşma sülhün qapısını açacaq”, - deyə o qeyd edib.

 

Gözəl Həşimova

Chosen
110
19
iqtisadiyyat.az

10Sources