EN

AFFA Hakimlər Komitəsinin sədri: “Penalti qərarı doğrudur”

style='margin-bottom:10px;'>

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Misli Premyer Liqasının 13-cü turunun “Səbail” – “Turan Tovuz” oyunundakı mübahisəli epizodları şərh edib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, hakim qərarlarının doğru olduğunu bildirib: 

"42-ci dəqiqə: Səbail” komandasının 20 nömrəli oyunçusu (Mert Çelik) topu cərimə meydançasından uzaqlaşdırır. O, yerə enərkən “Turan Tovuz”un 7 nömrəli oyunçusunun (İsmayıl Zülfüqarlı) ayağını tapdalayır və Zülfüqarlı yerə yıxılır. Hakim penalti təyin edir. “Səbail”in müdafiəçisi rəqibin ayağına qəsdən təmas etməsə də, hakimin bu qayda pozuntusunu penalti ilə cəzalandırması doğrudur.

“Turan Tovuz”un 9 nömrəli oyunçusu (Kristian da Silva) penalti zərbəsini yerinə yetirir və topu dirəyə vurur. Top meydana qayıdır və “Turan Tovuz”un 11 nömrəli oyunçusu (Ayxan Quseynov) topu birbaşa qapıya vurur. Hakim bu qolu təsdiqləyir və VAR penalti zərbəsini yoxlayır. VAR görür ki, 11 nömrəli oyunçu zərbə zamanı təyin olunmuş məsafəyə riayət etmir (qayda pozuntusu) və mövqeyindən üstünlük qazanaraq müdaxilə edir. Oyun Qaydalarına 2024-cü ildə edilmiş dəyişikliklərə əsasən, qol ləğv edilməli və oyun sərbəst zərbə ilə bərpa olunmalıdır. Hakimin və VAR-ın yekun qərarı doğrudur".

Qeyd edək ki, "Səbail" - "Turan Tovuz" oyunu 1:1 hesabı ilə yekunlaşıb. 

Chosen
28
5
teleqraf.com

10Sources