EN

ABŞ Polşada AES tikintisinə 1 milyard dollardan çox vəsait ayırıb

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) Polşaya Baltik dənizi sahilində ölkənin ilk atom elektrik stansiyasının (AES) tikintisi üçün 4 milyard zlotidən (1 milyard dollardan çox) çox vəsait ayırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, barədə Polşanın Polskie Elektrownie J drowe (PEJ) şirkəti məlumat yayıb.

Məlumata görə, Polşanın ilk atom elektrik stansiyasının tikintisinə 2026-cı ildə başlanması planlaşdırılır. Onun 1,1 GVt gücündə ilk Westinghouse AP1000 reaktoru 2033-cü ildə enerji istehsal etməlidir. Atom elektrik stansiyasının tikintisi üçün Baltik dənizi sahilindən çox da uzaq olmayan Lyubyatovo-Kopalino qəsəbəsi seçilib. Layihənin dəyəri 100 milyard zloti (təxminən 25 milyard dollar) məbləğində qiymətləndirilir.

Musavat.com

Chosen
44
50
musavat.com

10Sources