EN

Banqladeşlii nümayəndə: "COP29-un bizim üçün ümidverici və müsbət addım olacağına inanıram"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mənim vətəndaşı olduğum Banqladeş perspektiv baxımından dünyanın ən həssas ərazilərindən biridir. İqlim dəyişikliyi bizim ölkəmizə çox böyük təsir edir".
Bu sözləri Oxu.Az-a açıqlamasında "La Ruta del Clima" icmasının nümayəndəsi Sumaiya Binte Selim Sudha deyib.
O bildirib ki, yaşadıqları regionda insanlar dözümlü olduqları üçün daim mübarizə aparırlar:
"Onlar problemlərin öhdəsindən gəlməyi sevirlər. Bizdə bəzi iqlim dəyişikliyi ilə mübarizədə uyğunlaşma üsulları var. Regionumuz ölkə hökumətinin və vətəndaş cəmiyyətinin təşkilatı kimidir. Ölkədə fəlakətlərə hazırlıqlı olmaq üçün müxtəlif təşəbbüslər üzərində fikirlər irəli sürülür. Həmçinin bizdə iqlim dəyişikliyi mübarizə üçün Kohort (hərbi hissə) üzərində işlər aparılır".
Nümayəndə həmçinin vurğulayıb ki, inkişaf etməkdə olan ölkə olaraq onların iqlim dəyişikliyinin yaradacağı fəsadlarla mübarizə üçün maliyyə vəsaitinə də ehtiyacları var:
"COP29 ilə bağlı təəssüratlarım müsbətdir. Bura inkişaf etməkdə olan ölkələr üçün maliyyə yardımının təmin edilməsi barəsində müzakirələr aparacağımız çox yaxşı mühitdir. Bunun bizim üçün ümidverici və müsbət addım olacağına inanıram".
Aygün Mirakif
Chosen
35
50
oxu.az

10Sources