Trampın qalib gəlməsinin Rusiya-Ukrayna müharibəsinə təsirini politoloq Tofiq Abbasov şərh edib. T.Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, Tramp prezident seçkilərində qalib gələndən sonra nəzərə çarpan fəallıq nümayiş etdirir:
“Tramp müharibələrə qarşı olduğunu deyir. Düzdür, Trampın dövründə böyük müharibələr baş vermədi, lakin Ukrayna məsələsinə gəldikdə düşünürəm ki, o öz səlahiyyətlərini aşır. Müharibəni dayandırıb-dayandırmamaq imkanları heç də Vaşinqtonun əlində deyil. Bu məsələni Moskva həll edir, çünki bunun adı müharibə də deyil, xüsusi hərbi əməliyyatdır. Putin bu məsələdə çox həssasdır və məsələnin açarı Rusiyanın əlindədir.
Düşünürəm ki, birinci növbədə Kursk vilayətini Rusiya qoşunları azad edəcək. Digər tərəfdən, Ukrayna yenə ərazi itkilərinə məruz qalacaq. Yəqin ki bir ildən, il yarımdan sonra qarşıdurmaya nöqtə qoyulacaq. Bu müharibə Rusiya üçün bir sınaq idi. Anladı ki, hərbi, hərbi-texniki sahədə hansı boşluqları var. Əminəm ki, Rusiyanın özünün planları var. Müdafiə naziri dəyişdirildi, Baş Qərargahda da yaxın zamanlarda dəyişikliklər olmalıdır. Rusiyanın hərbi-strateji planı dəyişəcək. Müharibənin son fazasında Rusiya çox intensiv hücumlar təşkil edəcək ki, daha çox Ukrayna ərazilərini ələ keçirsin və özünə sərf edən şəkildə atəşkəs danışıqlarına getsin. Zelenskinin isə heç bir planı yoxdur, məğlub durumda dünyanın qarşısında dayanıb. Siyasi imicini itirməməyə çalışır. Rusiyanın məqsədi həm dünya qarşısında, həm də Ukrayna xalqı qarşısında Zelenskini tərki-silah etməklə əməliyyata son qoymaqdır”.
Törə Zeynallı
Demokrat.az
10Sources
-
qaynarinfo.az"Ukrayna savaşında son sözü ABŞ deyəcək" - Ekspert ( 13316308)
-
turkustan.azÇinə qarşı Rusiya-ABŞ ittifaqı: Ukrayna qurban verilə bilərmi? (ŞƏRH) ( 13281685)
-
ednews.netÇinə qarşı Rusiya-ABŞ ittifaqı: Ukrayna qurban verilə bilərmi? ŞƏRH ( 13280281)
-
qaynarinfo.azÇinə qarşı Rusiya-ABŞ ittifaqı: Ukrayna qurban verilə bilərmi? (ŞƏRH) ( 13278613)
-
poliqon.infoTramp gələn il Ukrayna müharibəsini bitirə biləcəkmi? ( 13196782)
-
poliqon.infoSiyasi-analitik: Ukrayna müharibəsi Trampla Ərdoğanı yaxınlaşdıra bilər... ( 13169551)
-
sherg.azPolitoloq: "Rusiya-Ukrayna müharibəsi uzana bilər" ( 13139623)
-
yenicag.azABŞ Ukraynaya Rusiyanı vurmağa İCAZƏ VERDİ: “Dünya müharibəsi başlaya bilər” ( 13132240)
-
moderator.az"Tramp və Putin bir-birini yaxşı tanımır, bu, Ukrayna üçün risklidir" - "The İndependent" ( 13106707)
-
musavat.comABŞ NATO-dan çıxsa.... – Tramp blef edir, yoxsa? ( 13091254)