1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir.
"Report" xəbər verir ki, bu, barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir.
Qeyd edək ki, rəydə növbəti il üçün ölkədə ehtiyac meyarı 285 manat kimi götürülüb. Yaşayış minimumu, öz növbəsində, ehtiyac meyarı əsasında müəyyən edilir.
Məlumat üçün bildirək ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində təsdiqlənib.