EN

UEFA Millətlər Liqası: Millimiz İsveç yığması ilə üz-üzə

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, yığmamıq VI turda İsveçin qonağı olacaq.

Matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Solna şəhərindəki “Strouberri Arena”da keçiriləcək görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu yığmalar arasındakı ilk oyun millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 5 turdan sonra 1 xalı olan Azərbaycan yığması qrupda sonuncu, İsveç isə 13 xalla birincidir. 

UEFA Millətlər Liqası
C liqası, VI tur
19 noyabr

23:45. Azərbaycan - İsveç

Baş hakim: Pavel Raçkovski (Polşa)

“Strouberri Arena”

Chosen
3
7
bakivaxti.az

7Sources