EN

Dubayda dünyanın ən böyük qızıl külçəsi təqdim olunub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən "Emirates Minting Factory" dünyanın ən böyük qızıl külçəsini istehsal edib. Çəkisi 300 kq-dan çox olan külçə "Ginnesin Rekordlar Kitabı"nda yer alıb.

Valyuta.az xəbər verir ki, bu barədə BƏƏ hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Dubay Qiymətli Metallar Konfransının bağlanış mərasimində bu nailiyyəti qeyd etmək üçün "Ginnesin Rekordlar Kitabı"nın sertifikatı təqdim olunub", - mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki hesabındakı paylaşımda deyilir.

"Emirates Minting Factory" qiymətli metalların təmizlənməsi ilə məşğuldur və gündəlik 1 000-1 200 kq qızıl və gümüşü emal etmək və əritmək qabiliyyətinə malikdir.

©Oxu.Az

Chosen
4
5
valyuta.az

8Sources