EN

Azərbaycanlı alim vəfat etdi

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının keçmiş dosenti, filologiya elmləri namizədi Elmira Həsənova 84 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə APA-ya BDU-nun Filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcov deyib.

Qeyd edək ki, Elmira Həsənova 1940-cı ildə Füzuli rayonunda anadan olub. 1967-ci ildə “Müasir Azərbaycan dilində qarışıq tipli tabeli mürəkkəb cümlələr” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi adına layiq görülüb. 1976-cı ildə isə dosent elmi adını alıb. 1964-1967-ci illərdə Filologiya fakültəsinin qiyabi şöbəsində metodist, 1967-1970-ci illərdə Azərbaycan dilçiliyi kafedrasında müəllim, 1970-1976-cı illərdə baş müəllim, 1976-cı ildən həmin kafedranın dosenti vəzifəsində çalışıb. Əsas tədqiqat sahəsi Azərbaycan dilinin sintaksisi və mətn dilçiliyi ilə bağlı olub.

Chosen
15
23
demokrat.az

10Sources