EN

COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” adlı yeni sənədli filmin təqdimatı keçirilib

Bakı, TurkicWorld

2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin ərsəyə gətirdiyi "Bir ovuc dünya" adlı sənədli filmin təqdimatı olub.

TurkicWorld xəbər verir ki, Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edən sənədli filmin müəllifi tanınmış jurnalist Ayaz Mirzəyevdir.

Filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin məsul şəxsləri, o cümlədən Keniyanın "SMACHS Foundation"nun qurucusu Şarlin Ruto (Charlene Ruto) da iştirak edib.
Təqdimat mərasimindən sonra filmin ictimai müzakirəsi keçirilib. İştirakçılar ingilis dilində hazırlanmış ekran işi barəsində fikirlərini səsləndiriblər.

Sənədli filmin yaxın vaxtlarda daha geniş təqdimatı keçiriləcək.

Tədbir çərçivəsində "SMACHS Foundation"nun qurucusu Şarlin Ruto Ermənistanın mina çirkləndirilməsinə məruz qoyduğu Azərbaycan torpaqlarında minaya düşmüş şəxslərin fotosərgisi ilə də tanış olub.
"Düyməni sıxan ayaqlar" adlı fotosərgi ziyarətçilərdə dərin təəssürat yaradıb.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətlərindən və mina müharibəsindən bəhs edən hər iki layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Chosen
2
7
turkic.world

9Sources