EN

ABŞ-nin Rusiyanın ballistik raket hücumundan xəbəri var imiş

Rusiya Ukraynaya ballistik raket zərbəsi endirdiyi barədə ABŞ-ı xəbərdar edib.

Milli.Az xəbər verir ki, Vaşinqton Kiyevi və digər müttəfiqlərini "hazır olmağa kömək etmək üçün" eksperimental orta mənzilli ballistik raket buraxmaq planı barədə məlumatlandırıb. Bu, prezident Vladimir Putinin Rusiyanın yeni orta mənzilli ballistik raketi - "Oreshnik"i sınaqdan keçirdiyini təsdiqlədiyi vaxta təsadüf edir.

Rusiya qüvvələri cümə axşamı Dnepr şəhərinə raket hücumu həyata keçirib. Putin daha sonra Ukraynanı Kursk və Bryansk vilayətlərindəki obyektlərini 19 və 20 noyabr tarixlərində ABŞ istehsalı olan uzaqmənzilli ATACMS və Böyük Britaniyanın "Fırtına kölgəsi" raketləri ilə hədəfə almaqda ittiham edib.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Putin Ukraynadan "sınaq meydanı" kimi istifadə edir. 

ABŞ administrasiyası son günlər Rusiyanın cavab zərbəsinə hazırlaşmaq üçün Ukrayna və müttəfiqləri ilə məsləhətləşib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya "Oreşnik" ballistik raketinin buraxılmasına 30 dəqiqə qalmış ABŞ-yə bildiriş göndərib.

Pentaqonun mətbuat katibi Sabrina Sinqh təsdiq edib ki, ABŞ Rusiyadan "Oreşnik" hipersəs raketinin buraxılışından az əvvəl bildiriş alıb.

Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
22
50
milli.az

10Sources