EN

Dünya birjalarında neftin qiyməti artıb

Dünya birjalarında neftin bahalaşması davam edir.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar artaraq 74,28 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,03 dollar artaraq 70,13 dollar təşkil edib.

Chosen
14
48
yeniazerbaycan.com

10Sources