EN

“Birinci hissədə ikili mübarizələrdə rəqibə uduzurduq”

“Bura qələbə üçün gəlmişdik. Təəssüflər olsun ki, buna müvəffəq olmadıq. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. İlk hissədə daha yaxşı ola bilərdik. Son ötürmələrdə çatışmazlıq var idi. İkinci hissənin əvvəlində qol buraxdıq. Bu vəziyyətdən çıxmaq asan deyil. Futbolçularım təslim olmadılar. Bilirdik ki, çətin oyun olacaq. “Turan Tovuz” fiziki cəhətdən yaxşı komandadır. Birinci hissədə ikili mübarizələrdə rəqibə uduzurduq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç “Turan Tovuz” oyunu (1:1) sonrası deyib. O, rəqiblərlə xal fərqinin artması barədə bunları deyib:

“Əlbəttə ki, bizi çox narahat edir. Yeddi oyundur ki, qalib gələ bilmirik. Üçüncü yerlə aramızda 8 xallıq fərq var. Böyük də görünə bilər, kiçik də. Necə yanaşmağımızdan asılıdır. Qələbə seriyasını yaxaladıqdan sonra fərqi aradan qaldıra bilərik. Bunun üçün potensialı var”.

 

Chosen
4
1
idmanxeber.az

7Sources