Misirin Marsa Aləm kurort şəhəri yaxınlığında içərisində 45 nəfərin olduğu yaxta batıb.
Axar.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.
Məlumata görə, yaxtada olanların 31-i sərnişin, 14-ü heyət üzvü olub.
Xilasedicilər bir neçə nəfəri xilas edə biliblər. Lakin sağ qalanların sayı barədə məlumat verilmir.
Xilasetmə işlərinə helikopterlər və Hərbi Dəniz Qüvvələri cəlb olunub.