EN

Polis Tbilisidə nümayişçilərə qarşı su şırnaqlarından istifadə etməyə başlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisidə ölkə parlamentinin binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb.

Bu barədə “Far.Az” yerli KİV-ə istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin əməkdaşları etirazçıları mühasirəyə alaraq onları qanunvericilik binasından əks istiqamətə aparan keçid açıblar. Polis davamlı olaraq su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir. Nümayişçilər qaçırlar. Gözyaşardıcı qazdan zərərçəkən bəzi etirazçılar oradakı növbətçi təcili yardım qruplarından kömək istəyib.

Chosen
45
27
far.az

10Sources