EN

Bundesliqa: “Borussiya” və “Bayern”dən heç-heçə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Auqsburq” “Boxum”u, “Frayburq” isə Mönhenqladbax “Borussiya”sını məğlub yola salıb. “Leypsiq” evdə “Volfsburq”a böyük hesabla duuzub. “Union Berlin”in qonağı olan son çempion “Bayer” bu turu qələbə ilə başa vurub.

Dörd qolun qeydə alındığı “Verder” – “Ştutqart” matçında qalib müəyyənləşməyib.

Turun mərkəzi oyununda Dortmund “Borussiya”sı doğma meydanda lider “Bayern”lə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, sonda qonaqlar məğlubiyyətdən xilas ola biliblər. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

12-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
12-ci tur
29 noyabr

Sankt Pauli – Holştayn 3:1
Qollar: Saliakas, 25. Gilavoqi, 56. Eggeştayn, 85 – Harres, 90+1.

30 noyabr

Auqsburq – Boxum 1:0
Qol: Tiets, 38-pen.

Frayburq – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Holer, 41; 63. Doan, 49 – Kleyndienst, 61.

Leypsiq – Volfsburq 1:5
Qollar: Orban, 82 – Amura, 4; 16. Tomas, 5. Mehle, 64. Behrens, 90+1.

Union Berlin – Bayer 1:2
Qollar: Yonq, 29 – Frimponq, 2. Şik, 71.

Verder – Ştutqart 2:2
Qollar: Njinma, 6. Stage, 77 – Demiroviç, 20; 85.

Borussiya (Dortmund) – Bayern 1:1
Qollar: Gittens, 27 – Musiala, 85.

1 dekabr

18:30. Maynts – Hoffenhaym
20:30. Haydenhaym – Ayntraxt

Chosen
23
3
arena.az

9Sources