EN

10 ayda özəlləşdirmə vəsaiti – 108 milyon manat

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 43 hərrac keçirilib. Hərraclarda 6 səhmdar cəmiyyətin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 525 nəqliyyat vasitəsi satılıb. Hesabat dövründə hərraca çıxarılmış dövlət əmlakı üzrə elektron sifarişlərin sayı 391, “Elektron Hərrac” proqram təminatı vasitəsilə onlayn qoşulmaların sayı isə 48 olub.

Cari ilin 10 ayında özəlləşdirmədən dövlət büdcəsinə 108,2 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artım qeydə alınıb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 519-u qeyri-yaşayış, 2 min 951-i isə torpaq sahəsi üzrə olmaqla 3 min 470 yeni icarə müqaviləsi bağlanılıb. Cari ilin 10 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 31,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artım olub.

Beləliklə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 139,8 milyon manat vəsaitin daxil olunması təmin edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım qeydə alınıb.

Chosen
20
5
xalqqazeti.az

7Sources