EN

İsrail “Hizbullah” üçün silah aparan İran təyyarəsini geri qaytarıb

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İrandan gələn təyyarəni Suriya səmasında kursunu dəyişməyə məcbur edib.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Times of Israel” nəşri məlumat yayıb.

Hadisə dekabrın 1-nə keçən gecə Suriya səmasında baş verib.

Belə ki, İsrail tərəfi İrandan uçan təyyarənin göyərtəsində Livanın “Hizbullah” təşkilatının birləşmələri üçün nəzərdə tutulmuş silahların olmasından şübhələnib.

Buna görə də İsrail qırıcıları Suriya səmasında uçan İran təyyarəsinə yaxınlaşaraq ona dönməyi əmr edib. Nəşr qeyd edib ki, təyyarənin heyəti tezliklə bu göstərişə əməl edib. Qeyd olunub ki, bu ilk hal deyil. Son aylarda həm Suriya səmasında, həm də qonşu İraqın hava məkanında oxşar hadisələr baş verib.

Chosen
75
1
far.az

10Sources