EN

Tbilisidə polis parlamentin qarşısındakı meydanı etirazçılardan təmizləməyə başlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası qarşısındakı meydanı təmizləməyə başlayıb.

“Far.Az” yerli mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi texnika Azadlıq meydanından, parlamentdən bir qədər aralıda, eləcə də 9 Aprel küçəsindən etirazçılara doğru hərəkət edib.

Nümayişçilər sakitcə geri çəkilib və Rustaveli prospekti ilə yuxarı qalxıblar. Eyni zamanda, Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricidən istifadə edərək aksiya iştirakçılarından dağılmağı tələb edib, əks halda onlara qarşı bütün qanuni vasitələrdən istifadə edəcəkləri ilə hədələyiblər.

Nümayişçilər Rustaveli prospektinin üstündə dayanıblar. Etirazçılardan bəziləri dağılışıb. Xüsusi təyinatlılar irəliləməyi dayandırıb və vaxtaşırı su şırnağından istifadə edirlər.

Chosen
4
27
far.az

10Sources