EN

Rusiya qoşunları Suriyanın Hama şəhərini tərk edib, Dəməşqdən qaçır - QUR

Suriyadakı Rusiya qüvvələri Həma şəhərini tərk edib. Həmçinin Rusiya hərbçiləri və diplomatları təcili olaraq Dəməşqdən təxliyə edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Telegram-da məlumat yayıb https://t.me/DIUkraine/4938 .
Kəşfiyyatın qeyd etdiyi kimi, müxalif qüvvələr aktiv şəkildə Suriyanın cənubuna doğru irəliləyirlər.

QUR rus qoşunlarının Həmadan qaçaraq Xmeymim bazasına təxliyə edildiyini bildirib. Rusların Xmeymimdə yerləşən koordinasiya qərargahının rəhbəri general-polkovnik Aleksandr Juravlyov vəziyyətin Bəşər Əsəd rejiminin nəzarətindən çıxdığını bəyan edib.

"Dəməşqdə ilk silahlı toqquşmalar baş verib - Rusiya hərbçiləri və diplomatları təcili olaraq Suriyanın paytaxtını tərk etməyə başlayıblar", - məlumatda deyilir.
QUR əlavə edir ki, ruslar da Xan Şeyxun şəhərindəki hərbi bazadan qaçaraq orada xeyli silah və texnika arsenalı buraxıblar. Dekabrın 1-də Rusiya aviasiyası Xan Şeyxun bölgələrinə zərbələr endirib. Hücumun məqsədi müxalif qüvvələrin əlinə keçmiş Rusiya texnikasını məhv etmək olub.

Kəşfiyyatın qeyd etdiyi kimi, Rusiya kontingentinin komandiri general Kiselin istefaya getməsi xəbəri açıqlanıb. Rusiya xüsusi təyinatlılarının bölməsinə komandirlik edən polkovnik Vadim Baykulov da Moskvaya geri çağırılıb. O, Hələbdə ona tabe olan şəxsi heyətin nə üçün itki verdiyini və hərbi texnikanın ələ keçirildiyini Kremlə izah etməlidir.

Nizami Bağırov
Chosen
11
10
qaynarinfo.az

10Sources