EN

Rusiya ilə Ukrayna arasında daha bir razılaşma ləğv edilib

Rusiyada müvəqqəti olan Ukrayna vətəndaşlarının tibbi sığortası üzrə hökumətlərarası saziş oktyabrın 28-də ləğv ediləcək.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“2024-cü il oktyabrın 28-də Rusiya Federasiyası hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında sazişə xitam verilib...” mesajda deyilir.

 

1999-cu il oktyabrın 28-də Moskvada imzalanmış müqavilə həm Ukraynada müvəqqəti olan Rusiya vətəndaşlarına, həm də Rusiya Federasiyasında müvəqqəti qalan Ukrayna vətəndaşlarına aiddir.

 

Əvvəllər bildirilirdi ki, Ukrayna hakimiyyəti Müstəqil Dövlətlər Birliyi (MDB) ilə azad ticarət zonasında qarşılıqlı fəaliyyət şərtləri ilə bağlı sazişdən çıxmaq qərarına gəlib. Ümumilikdə Kiyev birlik ilə 130-dan çox müqaviləni pozub. Belə ki, iyul ayında ölkə MDB-yə üzv ölkələrin ərazilərindən tranzit daşıma proseduru haqqında sazişdən, mayda dövlətlərarası sirlərin qarşılıqlı təhlükəsizliyi və xüsusi təyinatlı hava gəmilərinin uçuşlarının istismarı haqqında sazişlərdən çıxmışdır. Martda o, silahlı qüvvələr və sərhəd qoşunları haqqında sazişi denonsasiya edib.

 

Nigar

 

Chosen
68
50
oxu24.com

10Sources