EN

"Biz Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəyik" - Kreml

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın NATO-da iştirakının qəbuledilməz olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Rusiya XİN xarici işlər naziri Sergey Lavrovun  Moskvada Rusiyaya səfərdə olan Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijarto ilə görüşdüyünü açıqlayıb.

Bildirilib ki, görüş zamanı Rusiya ilə Macarıstan arasında müxtəlif sahələrdə əlaqələr və beynəlxalq məsələlər müzakirə olunub.

Ukrayna böhranına toxunan Lavrov bəyan edib ki, böhranın həlli üçün əsas səbəblər aradan qaldırılmalıdır.

 “Səbəblərdən biri NATO-nun şərqə doğru irəliləmək və Ukraynanı udmaq cəhdidir. Bu, Rusiya sərhədləri üçün hərbi təhlükə yaradır. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın NATO-ya daxil olması qəbuledilməzdir. Biz buna imkan verməyəcəyik". 

Rusiya ilə Ukrayna arasında danışıqların bərpası məsələsinə də toxunan Lavro deyib ki, ölkəsinin qanuni maraqlarının hərtərəfli nəzərə alınması halında Ukrayna ilə danışıqlara hazırdırlar. 

Tehran,

Sitat.info 

Chosen
1
3
sitat.info

6Sources