EN

"Özsüt Azərbaycan" cərimələnə bilər

"Özsüt Azərbaycan" şirkəti inzibati məsuliyyətə cəlb edilib. 

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib edilib. 

İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. 

464-cü maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Chosen
8
1
valyuta.az

10Sources