EN

Cənubi Koreya parlamentinin sədri hərbi vəziyyətin etibarsız olduğunu elan edib

Cənubi Koreya parlamentinin sədri hərbi vəziyyətin etibarsız olduğunu elan edib

Cənubi Koreya Milli Assambleyasının (parlament) sədri Uo Von-Çik ölkə prezidenti Yun Sok Yolun tətbiq etdiyi hərbi vəziyyət rejimini etibarsız elan edib.AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.Uo Von-Çik deyib: "Hərbi vəziyyət artıq qüvvədə deyil. Vətəndaşlar arxayın ola bilərlər".Bundan əvvəl Cənubi Koreya parlamentinin üzvləri hərbi vəziyyətin ləğvini tələb edən qətnamə qəbul edib, iclasda iştirak edən 190 parlamentari lehinə səs verib.Koreya Respublikasının Prezidenti Yun Sok Yol bu gün “fövqəladə vəziyyət” elan edib. O, qərarını onunla izah edib ki, parlamentdə çoxluğa nəzarət edən müxalifət icra hakimiyyətinin işini iflic edir, onun nümayəndələrini, o cümlədən hökumətin əsas fiqurlarını impiçment etməyə çalışır. Prezident deyib ki, o, “Şimali Koreyayönlü elementlərlə” mübarizə və konstitusiya quruluşunu qorumaq üçün belə tədbirlər görür. O, müxalifətin büdcə təklifini qəbul etməkdən imtina etməsini də əsas gətirib.

Chosen
19
31
afn.az

10Sources