EN

Yanvar-noyabr aylarında xalça ixracı 5% artıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin xalça məhsulları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyard 620 milyon 234 min dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi TurkicWorld-a bildirib.

Nazirlikdən bildirilib ki, 2024-cü ilin noyabr ayında Türkiyə 259 milyon 878 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,6 faiz azalma göstərib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə ümumilikdə 2 milyard 875 milyon 693 min dollar məbləğində xalça məhsulları ixrac edib.

Chosen
59
20
fins.az

10Sources