EN

Üç qardaş - eyni gündə 5 qol

“İnter”in yetirməsi olan üç qardaşın hər biri eyni oyun günündə fərqlənərək 5 qol vurublar.

İdman.biz xəbər verir ki, söhbət Esposito qardaşlarından gedir.
22 yaşlı Sebastiano A seriyasında “Empoli”nin “Verona”ya 4:1 hesabı ilə qalib gəldiyi oyunda dubl edib.

B seriyasında "Spezia"nın "Sittadella"nı böyük hesabla (5:0) məğlub etdiyi qarşılaşmada 19 yaşlı Françesko Pio hesabı açıb, 24 yaşlı Salvatore isə iki qol vurub.
Özü də hər iki oyun yerli vaxtla 15:00-da başlayıb.

Qeyd edək ki, hər üç qardaşın eyni həftəsonunda qol vurması ilk dəfə sentyabrın sonunda olub.

Chosen
19
8
idman.biz

9Sources