Sen-Martenin Birliyi Assosiasiyasının prezidenti, Karib Hövzəsi Elmləri Assosiasiyasının sədri, fəlsəfə elmləri doktoru Roda Rebeka Arrindell Prezident İlham Əliyevə COP29-da verdiyi bəyanata görə təşəkkür edib.
Oxu.az "Report"a istinadən xəbər verir ki, R.R.Arrindell deyib ki, Prezident İlham Əliyevin bəyanatı Sen-Martendə böyük rezonans doğurub.
O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu (BTQ) hər zaman onların çatdırmaq istədiyi mesajların yayılmasına kömək göstərib:
"Biz sizin Prezidentinizə COP29-da verdiyi bəyanata görə təşəkkür edirik. Mən bunu bilmirdim, orada deyildim, qayıtdıqdan sonra eşitdim ki, Azərbaycan Prezidentinin bəyanatı Sen-Martendə böyük rezonans doğurub. Biz bunun üçün minnətdarıq, çünki artıq bu bəyanatın bəzi nəticələrini görürük və daha böyük təsirlərin olacağını gözləyirik. Buna əminik!"