EN

Xankəndidə Dövlət Miqrasiya Xidmətinə məxsus inzibati binanın təmirinə ayrılan məbləğ məlum olub

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məxsusXankəndi şəhərində 2 mərtəbəli inzibati binanın əsaslı təmiriişləri həyata keçiriləcək.

Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.

Belə ki, təmir işləri inzibati binanın 1-ci mərtəbəsində, fasadvə damında aparılacaq.

Məlumata görə, artıq bununla bağlı Dövlət Miqrasiya Xidmətihazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını "AQROMAN" Məhdud MəsuliyyətliCəmiyyətinə həvalə edib və onunla dəyəri 275 min 226 manat 15 qəpikola müqavilə bağlayıb.

Qeyd edək ki, "AQROMAN" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ciildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olanşirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur.

Chosen
46
30
az.trend.az

10Sources