EN

Sumqayıtda NASCO XXVII elmi konfransının plenar iclası keçirilib

Sumqayıt Dövlət Universitetində (SDU) Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) plenar iclası başa çatıb.

“Far.Az”un yerli bürosunun məlumatına görə, konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, BP və “Nobel Energy” şirkətlərinin sponsorluğu ilə SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, bir sıra nüfuzlu ali məktəblərin rektorları, tanınmış alimlər, gənc tədqiqatçılar iştirak edib.

Tədbirdə giriş nitqi ilə çıxış edən SDU-nun rektoru, dosent Rüfət Əzizov elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan ətraflı danışıb.

Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev 27-ci dəfə keçirilən konfransın gənc alimlərə böyük imkanlar yaratdığını vurğulayıb. Nazir bildirib ki, hazırda müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir.

Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.

Qeyd edək ki, iki gün davam edəcək konfransa 287 tezis daxil olub, onlardan 251 tezis qəbul olunub. Konfrans dekabrın 11-də yekunlaşacaq.

Chosen
28
1
far.az

10Sources