Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, MİT Suriyadakı vəziyyətdən sui-istifadə etmək istəyən PKK/YPG terror təşkilatının Qamışlı bölgəsində məkrli sövdələşmələr yolu ilə Əsəd rejimindən aldığı raket, sursat, ağır silah və tankları müsadirə edərək öz anbarlarına daşımağa başladığı MİT tərəfindən müəyyən edilib.
Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 tır, iki tank və iki sursat anbarı məhv edilib.
Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.