EN

Suriyalı üsyançılar Ukraynadan yardım alıb

Dəməşqdə hakimiyyəti ələ keçirən üsyançılar Ukrayna kəşfiyyatçılarından pilotsuz təyyarələr və digər dəstək alıblar.

Bizim.Media xəbər verir ki, bunu amerikalı jurnalist və yazıçı David İqnatius "The Washington Post" qəzetində dərc olunan köşə yazısında iddia edib.
 

Məqalə müəllifi “Ukraynanın xaricdəki hərbi fəaliyyəti ilə tanış olan” anonim mənbələrə istinad edib.


Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı təxminən bir ay əvvəl “Həyat Təhrir əl-Şam” qruplaşmasına kömək üçün “İdlibdəki üsyançıların qərargahına” 20-yə yaxın təcrübəli pilotsuz təyyarə operatoru və 150-yə yaxın pilotsuz təyyarə göndərib.

“Qərb kəşfiyyat mənbələri hesab edir ki, Kiyevdən gələn yardım Suriya prezidenti Bəşər Əsədin devrilməsində çox az rol oynayıb. Lakin bu, Rusiyanın Yaxın Şərq, Afrika və Rusiyanın daxilindəki əməliyyatlarını gizli şəkildə hədəfə almaq üçün Ukraynanın daha geniş səylərinin bir hissəsi kimi diqqətəlayiq idi”, köşə yazısında deyilir.

Müəllif hesab edir ki, “Ukraynanın motivasiyası göz qabağındadır: ölkə daxilində Rusiyanın hücumu ilə üzləşən Ukrayna kəşfiyyatı Rusiyanın burnunu qıra biləcək başqa cəbhələr axtarır”.

Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bir müddət əvvəl TASS-a müsahibəsində Ukraynanın Baş Kəşfiyyat İdarəsinin ukraynalı mütəxəssislərinin İdlibdə olduğunu, müəyyən kanallar vasitəsilə oraya pilotsuz uçan aparatların çatdırılması və təlimlər keçdiyini bildirib.

Bizim.Media

Chosen
5
31
bizim.media

10Sources