EN

Lənkəranda üç uşaq anası intihar etdi

Lənkəranda 1974-cü il təvəllüdlü Səidə Əbdül qızı Səfərova intihar edib.  

“Qafqazinfo”nun verdiyi xəbərə görə,  hadisə ötən gün rayonun Bürcəli kəndində qeydə alınıb. 

Belə ki,  kənd sakini S. Səfərova yaşadığı evin həyətində meyvə ağacında özünü asaraq intihar edib.

Qeyd edək ki,  3 uşaq anası olan qadın zob xəstəliyindən əziyyət çəkirmiş. Həmçinin ötən il bacısının vəfatından sonra sarsıtı keçirdiyi bildirilir. Bu haqda üzərindən çıxan məktubda qeydlər tapılıb. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Surxay Şahbazov

Chosen
30
14
qafqazinfo.az

10Sources